“Liverpul” və “Mançester Siti”dən növbəti qələbə- Amansız rəqabət davam edir

“Liverpul” və “Mançester Siti”dən növbəti qələbə

İngiltərə Premyer Liqasında 34-cü turun növbəti oyunları keçirilib.

Gununsesi.org  xəbər verir ki, çempionluq uğrunda amansız rəqabət aparan “Mançester Siti” və “Liverpul” bu turu da itkisiz başa vurublar.

“Mançester Siti” səfərdə “Kristal Palas”ı 3:1 hesabı ilə məğlub edib.

 “Liverpul” isə turun mərkəzi matçında “Çelsi” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Bu qələbələrdən sonra “Liverpul” 85 xalla liderliyini davam etdirib. Bir oyunu ehtiyatda olan “Mançester Siti” isə 83 xalla ikinci pillədədir.

“Kristal Pelas” – “Mançester Siti” – 1:3

Qollar: Milivoyeviç, 81 – Sterlinq, 15, 63, Jezus, 90

“Liverpul” – “Çelsi” – 2:0

Qollar: Mane, 51, Salah, 53

COMMENTS