“Liviyada münaqişənin həllində Rusiya ilə birgə çalışmaqda maraqlıyıq” - POMPEO

  • By admin
  • 11 Dekabr 2019 20:29

ABŞ Liviyadakı münaqişənin həlli üçün Rusiya ilə birgə çalışmaqda maraqlıdır.

Gununsesi.org “Reuters”ə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

O, ötən gün rusiyalı həmkarı Sergey Lavrovla Liviyaya dair silah embarqosu barədə söhbət etdiklərini də diqqətə çatdırıb.

Dövlət katibi həmçinin ötən ay ABŞ-a məxsus pilotsuz uçuş aparatının yoxa çıxmasına dair şərh vermək istəməyib.

Xatırladaq ki, ABŞ bu dronun əslində Rusiya hava müdafiə qüvvələri tərəfindən vurulduğu qənaətindədir. Vaşinqton dronun qalıqlarını təhvil vermək tələbini irəli sürüb.

 

Gununsesi.org