Liviyada yük maşını aşıb - 30 ÖLÜ

  • By admin
  • 14 Fevral 2018 21:45

Liviyanın cənub-qərbində, Bəni Valid şəhərində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, içərisində təqribən 300 miqrant olan yük maşını sürücünü idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-dən çox şəxs xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Miqrantların əsasən Somali və Eritreyadan olduğu bildirilir.

Gununsesi.info