London körpüsündə baş verən insident terror aktı elan edilib

  • By admin
  • 29 Noyabr 2019 22:23

Britaniya polisi rəsmi şəkildə London körpüsündə bir nəfərin yerli sakinlərə bıçaqla hücumunu terror aktı adlandırıb.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında paytaxt polisinin terrorla mübarizə bölməsinin rəhbəri Nil Basu söyləyib.

“Hazırda hadisənin terror hücumu kimi qiymətləndirildiyini təsdiqləyə bilərəm. Hücum edən şəxs zərərsizləşdirilib. Şübhəli şəxs polis tərəfindən atəş açılaraq hadisə yerində öldürülüb”.

Onun sözlərinə görə, öldürülən şəxsin üzərində saxta intihar kəməri olub.

 

Gununsesi.org