Londondakı müsəlmanlardan nümunəvi addım

  • By admin
  • 06 Dekabr 2016 13:27

1332971_940x531 

Londondakı müsəlmanlardan nümunəvi addım.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə müsəlmanlara məxsus restoran nümunəvi jesti ilə hər kəsin diqqətini cəlb edib.

Belə ki, restoran Yeni il münasibətilə evsiz, kimsəsiz və yaşlılara pulsuz yemək verəcək. Menyuda əsas yeri isə türk mətbəxi tutur. Bir şəxs məlumatın qeyd olunduğu afişanın fotosunu çəkərək Twitter sosial şəbəkəsində paylaşıb. Həmin afişada 25 dekabr 2016-cı ildə 12:00-18:00 saatları arasında restoranda ehtiyacı olanlar üçün yemək pulsuz olması barədə məlumat öz əksini tapıb. Həmçinin, qeyd olunub ki, qonaqlar bayram yeməyini tək yeməsin deyə restoranın işçiləri də onlarla birlikdə oturacaq. “Shish” adlı restoranın atdığı bu gözəl addım nümunəvi hal kimi qiymətləndirir.

Nigar Cəfərli

Gununsesi.info