“Lotu Quli” Azərbaycana göndərilir? - TÜRK MEDİASI "QANUNİ OĞRU"NUN HƏBSİNDƏN YAZIR

  • By admin
  • 09 Oktyabr 2018 10:54

Ötən gün İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan kriminal avtoritet Nadir Səlifov haqda Türkiyədə detallı araşdırma başlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Səlifovun ötən illər ərzində İstanbulda baş verən və azərbaycanlıların da adı hallanan mafiya cinayətləri ilə bağlantısının olub-olmadığını araşdıracaq.

Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, dindirilmə və araşdırma başa çatdıqdan sonra Lotu Quli Azərbaycana ekstradisiya olunacaq.