Lotu Quli”nin adamı saxlanıldı - TİCARƏTÇİLƏRDƏN "HAQQ" YIĞIRMIŞ (FOTO)

  • By admin
  • 15 Fevral 2018 13:06
Moskvada mütəşəkkil cinayətkar dəstənin başçısı, azərbaycanlı Fuad Rzayev saxlanılıb.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, F. Rzayevlə yanaşı, dəstənin daha 10 üzvü yaxalanıb. Əməliyyat Federal Təhlükəsizlik Bürosunun paytaxt idarəsi və Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.
Fuad Rzayevin xaricdə yaşayan, “Lotu Quli” ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun nümayəndəsi olduğu bildirilir. İlkin məlumata əsasən F. Rzayev meyvə-tərəvəz və göyərti satışı ilə məşğul olan ticarətçilərdən aylıq “haqq” yığırmış.
Gununsesi.info