“Lotu Quli”nin dəstəsi cinayət başında yaxalandı - FOTO-VİDEO

  • By admin
  • 19 Mart 2019 12:42

Ukraynanın Odessa şəhərində qəsbkarlıqla məşğul olan dəstə üzvləri saxlanılıb. 

Gununsesi.org xəbər verir ki, bu barədə Facebook səhifəsində Odessa Milli Təhlükəsizliyi şöbəsinin rəis müavini Vyacheslav Abroskin məlumat yayıb.
Belə ki, dəstə üzvləri Odessanın Suvorov rayonunda bir nəfərdən hədəqorxu ilə 5 min dollar pulunu və “Nissan”və “Hyundai” markalı iki avtomobilini əlindən alıblar. Hadisə ilə bağlı zərərçəkmiş şəxs polisə məlumat verib. Polis dərhal dəstə üzvlərini təqib edərək cinayət başında yaxalayıb.
Bundan başqa aparılan araşdırma nəticəsində sözügedən dəstə üzvləri maskalanaraq Odessada biznesmenin evinə daxil olaraq ondan hədə-qorxu yolu ilə yarım milyon dollar pul aldıqları da məlum olub.
Məlumatda qeyd edilir ki, dəstəyə Azərbaycan vətəndaşı “Kondur” ləqəbli kriminal avtoritet rəhbərlik etdib. O, “Lotu Quli”nin adamlarından sayılır.

“Lotu Quli”nin dəstəsi cinayət başında yaxalandı -FOTO-VİDEO“Lotu Quli”nin dəstəsi cinayət başında yaxalandı -FOTO-VİDEO