Lüksemburqlu nazirdən “Qarabağ”ın oyununda erməni təxribatı ilə bağlı REAKSİYA – FOTO

  • By admin
  • 13 Noyabr 2019 16:49

Lüksemburqun Milli Təhlükəsizlik naziri Fransua Bauş yerli parlamentin millət vəkilləri Nansi Kemp-Arendt və Pol Qalenin sorğusuna cavab verib.

Gununsesi.org xəbər verir ki, 5minutes.rtl.lu saytının xəbərinə görə, nazir Lüksemburq polisinin UEFA tərəfindən oktyabrın 3-də Jozi Bartel adına stadionda baş tutan “F91 Düdelanj” – “Qarabağ” matçda xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumatlandırılmadığını bildirib:

“Biz oyunda dinc azarkeşlərin olacağını gözləyirdik. Həmçinin, görüş zamanı stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməmişdi. Üzərində erməni separatçılarının bayrağı asılan dron stadion üzərində uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, 30 agent dərhal əlavə dəstək üçün çağırıldı.

Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti aşağı olduğu üçün oradan da heç bir nəticə əldə edilmədi”.

Fransua Bauş onu da bildirib ki, araşdırma davam etdirilir və bu barədə yaxın həftələrdə məlumat veriləcək.