İcra başçısı Lütvəli Babayev də işdən çıxarıldı

  • By admin
  • 12 Noyabr 2019 13:26

Ölkə başçısı İlham Əliyev daha bir icra başçısı ilə bağlı sərəncam verib.

Gununsesi.org xəbər verir ki, sərəncama əsasən, Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ölkə başçısının digər sərəncamı ilə Şirvanın sabiq başçısı Mərdan Camalov Zərdaba icra başçısı göndərilib.

Gununsesi.org