Məhbus ailələrinə şad xəbər- Əfv komissiyası toplanır

Məhbus ailələrinə şad xəbər

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu il üçün ilk iclası keçiriləcək.

Gununsesi.org xəbər verir ki, bu barədə Modern.az-a Komissiyanın üzvü Əliməmməd Nuriyev bildirib. Ə.Nuriyev bildirib ki, iclasda daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq.

Onun sözlərinə görə, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir:

“Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Amma təbii ki, bu ölkə Prezidenti İlham Əliyevin səlahiyyətində olan məsələdir”.

Qeyd edək ki, ölkəmizdə Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanması gözlənilir.

COMMENTS