Məhkəmələr haqqında sərəncam imzalandıLƏĞV EDİLƏN MƏHKƏMƏLƏRİN SİYAHISI MƏLUM OLDU

Məhkəmələr haqqında sərəncam imzalandı

Prezident İlham Əliyev İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Eurasia Diary xəbər verir ki, sərəncamla aşağıdakı inzibati məhkəmələr təşkil edilir:

1.1. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;

1.2. Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;

1.3. Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;

1.4. Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;

1.5. Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;

1.6. Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.
2. Aşağıdakı kommersiya məhkəmələri təşkil edilir:

2.1. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;

2.2. Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;

2.3. Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;

2.4. Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;

2.5. Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;

2.6. Şəki Kommersiya Məhkəməsi – Şəki şəhərində.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib.

Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, nəzərdə tutulmuş inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin. Məhkəmə-Hüquq Şurası İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Prezidentə təqdim etməlidir. Nazirlər Kabinetinə yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabineti yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.

Gununsesi.org

COMMENTS