Mərkəzi bank da “pul” deyib dad edir

Mərkəzi bank da “pul” deyib dad edir

merkezi bank

 

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi azalmaqda davam edir.

Gununsesi.info AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2016-cı il iyul ayının 29-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 162,9 mln. ABŞ dolları təşkil edib. Bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 338,6 mln. dollar və ya 51% azdır. İyun ayı ilə müqayisədə ötən ay valyuta ehtiyatları 121 mln. manat və ya 2,8% azalıb.

 

Gununsesi.info

COMMENTS