Məşhur Amerika aktyoru dənizdə əlacsız qalan  müsəlmanlara yardım etdi– FOTOLAR+VİDEO

Məşhur Amerika aktyoru dənizdə əlacsız qalan  müsəlmanlara yardım etdi


Dünya şöhrətli amerikalı aktyor Riçard Gir artıq 10-cu gündür, İspaniyanın “Open Arms” xilasetmə gəmisində Aralıq dənizində üzən liviyalı miqrantlara kömək etmək qərarına gəlib.
Moderator.az  xarici İslam saytlarına istinadla xəbər verir ki, sahilboyu yaxın ərazidə yerləşən dövlətlər 120-dən çox müsəlman qaçqını qəbul etməkdən imtina edir. İtaliyada istirahətdə olan R.Gir isə öz təşəbbüsü ilə mühacirlərə yardım göstərib.  Aktyor miqrantlar olan gəmiyə yaxta ilə  ərzaq çatdırıb və əlacsız müsəlmanlarla ünsiyyətdə olub.
“Open Arms” gəmisi İtaliya və Maltanın qaçqınları qəbul etməməsi səbəbindən İspaniya, Fransa və Almaniyadan kömək istəməyə məcbur olub. Lakin fəallar və xilasedicilər hələ də cavab ala bilməyib.
https://www.youtube.com/watch?v=KB0CFh9XUqI

COMMENTS