Məşhur amerikalı müğənni Beyonse yenə villa aldı - FOTO

  • By admin
  • 23 Sentyabr 2017 11:10

37ry485867_copy

Məşhur amerikalı müğənni Beyonse Nouls və əri, milyarder reper, prodüser Cey Zi daha bir villa alıblar.

Gununsesi.info milli.az-a istinadən bildirir ki, Nyu-York ştatındakı İst-Hemptonda yerləşən “Pond House” villası üçün 26 milyon dollar ödənib. Villanın 7 yataq otağı, 8 vanna otağı, 1114 m2 daxili sahəsi və 2 hektarlıq ətraf ərazisi var.

Villa Corciya gölünün sahilindəki villanın ərazisində 159 m2 sahəli qonaq evi də var.

81 Briar Patch Road-da yerləşən villanın əvvəlki sahibi, milyarder Ceffri Koll binanı satın alandan sonra 2 il təmir işləri aparılmışdı.

2009-cu ildə 39,5 milyon dollara satışa çıxarılmış villanı alan olmadığından onun qiyməti ucuzlaşıb.

Bu villanın qonşuluğunda Ronald Perelman, Stiven Spilberq və Marta Stüartın malikanələri var.

583879_01

Gununsesi.info