Məşhur aparıcı 12 illik biznesmen ərindən boşandı

Məşhur aparıcı 12 illik biznesmen ərindən boşandı

Rusiya aparıcısı Yuliya Bordovksix 12 illik biznesmen həyat yoldaşı Aleksey Kravtsovdan ayrıldığını etiraf edib.Gununsesi.org  “7 dney”ə istinadən xəbər verir ki, məşhurun sözlərinə görə, onlar arasında dost münasibəti qalıb.

Ehtimala görə, cütlüyün ayrılmasına səbəb Yuliyanın ağır iş rejimi olub. Məşhur Mayami ilə Nyu-York arasında yaşayır və öz layihəsi üzərində çalışır. Həmçinin Yuliya idmanla məşğul olur. 50 yaşının olmasına baxmayaraq, o, gözəl formada qalmağı bacarır.

Qeyd edək ki, Yuliya və Aleksey 2006-cı ilə tanış olublar və demək olar ki, ilk baxışdan bir-birilərinə vurulublar. Buna baxmayaraq, onların münasibətləri il yarımdan sonra inkişaf etməyə başlayıb. Cütlük 2007-ci ildə ailə həyatı qurub. 1 il sonra onların Födor adlı oğlan övladları dünyaya gəlib.

 




Gununsesi.org

COMMENTS