Məşhur futbolçu həbs edildi

Məşhur futbolçu həbs edildi

Danimarka millisinin və Norveçin “Rusenborq” klubunun futbolçusu Niklas Bendtner həbs olunub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu taksi sürücüsünü vurduğu üçün 50 gün həbs cəzasına məhkum edilib. O həmçinin zərərçəkmişə 1000 funt sterlinq təzminat ödəməli olacaq. Oyunçunun vəkili məhkəmənin qərarı ilə bağlı apellyasiya şikayəti verib.

Bentdner senytabr ayında taksi sürücüsünün məvacibini ödəməkdən imtina edib. Sürücü isə həmin an futbolçunu söyüb. Danimarkalı oyunçu isə onun çənəsini sındırıb.

Qeyd edək ki, Niklas Bentdner karyerası ərzində İngilərənin “Arsenal” və İtaliyanın “Yuventus” klublarının da şərəfini qoruyub.

COMMENTS