Məcburi köçkünü 10 il yaşadığı mənzildən zorla çıxardırlar - FOTOLAR

  • By admin
  • 22 Sentyabr 2019 19:52

Gununsesi.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 6 ünvanında yaşayan, Ağdam rayonundan məcburi köçkün düşən Səlimovlar ailəsinin küçədə qalmaq təhlükəsi yaranıb.

O, bildirib ki, yaşadığı bina qəzalı vəziyyətdə olduğundan Fövqaladə Hallar Nazirliyinin (FHN) qərarı ilə bu bina sökülməyə başlayıb. Qəzalı binanın yan hissəsində ona aid 20 kv.metr bir otaqlı mənzili var. Ailə tərkibi çox olduğundan uzun illər əzab-əziyyətlə həmin qəzalı evin tərkibində olan bir otaqlı evə artırma edib.

10 ilə yaxındı bu evdə yaşayan V. Səlimov qəzalı binanın sökülməsi zamanı çətin vəziyyətə düşüb. Belə ki, söküləcək binanın tərkibində olan otağın çıxarış sənədi olsa da (çıxarış V. Səlimovun yoldaşı Səlimova Rüzgar Surxay qızının adınadı-red.), digər ona birləşdirdiyi artırma otaqların heç birinin qanuni sənədləri yoxdu. İcra Hakimiyyəti belə olan təqdirdə ancaq çıxarışı olan otağa görə ona kompensasiya ayırıb. Kompensasiyanın məbləği isə 30 min azn-dir.

Bu məbləğ isə məcburi köçkün düşən ailəni qane etmir: “Realıqla düşünsək, mən bir otağın kompensasiyasına hardan ev ala bilərəm? Bu kompensasiya mənim bir başa evsiz qalmağıma gətirib çıxaracaq. Özüm və yoldaşım da ikinci qrup əlilik. Təqaüdlə dolanan adamlarıq.

V.Səlimov qeyd edir ki, artırmanı edərkən aidiyyatı qurumların icazəsini alıb, lakin sənədləşdirə bilməyib. Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə də ev ilə təmin olunması ilə bağlı müraciət edib. Lakin komitədən, onalara evlərinin olduğu üçün mənzillə təmin edə bilmiyəcəklərini bildiriblər. Artıq qəzalı binanın sğküntü işləri Səlimovlar ailəsinin yaşadığı ünvana yaxınlaşır. Söküntü işlərinə rəhbərlik edən icraçı İlqar (soyadı məlum deyil) V.Səlimovdan evləri tərk etmələrini tələb edib. V.Səlimov isə gedəcək yerlərinin olmadığını dedikdə icra nümayəndəsi onu hədələyib. Ona evindən çıxmadığı təqdirdə qazını və suyunu kəsəcəyini deyib.

V.Səlimov vəziyyətin getdikcə daha çətinləşdiyini bildirib: “Bu yaxınlarda da qaz sayğacını apardılar. Sonra, nədənsə yenidən gətirib bərpa etdilər. Vəziyyət günü-gündən çətinləşir. ”

Sonda çarəsiz ailə aidiyyatı qurumlara müraciət edib və tez bir zamanda onların bu çətinlikdən xilas etmələrini xahiş edib.

Gununsesi.org