Məhkəmə hakimlərinin sayı Avropa ölkələri ilə müqayisədə üç dəfə azdır

  • By admin
  • 13 İyun 2019 16:40
“Azərbaycanda hakimlərin sayının 200 nəfər artırılması planlaşdırılır”.
Gununsesi.org xəbər verir ki, bu barədə Ədliyyə nazirinin müşaviri Toğrul Musayev Azərbaycan-Avropa İttifaqı Biznes Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda 100 min nəfərə düşən hakimlərin sayı 6 nəfərdir. Bu isə Avropa ölkələri üzrə orta göstəricidən üç dəfə azdır.
T. Musayev qeyd edib ki, hələ 2006-cı ildə Azərbaycanda hakimlərin sayı iki dəfə artırılaraq 600-ə çatdırılıb.(apa)