Məktəblərdə qış tətili nə vaxt olacaq? – Vaxtı açıqlandı

  • By admin
  • 21 Yanvar 2020 18:23

Təhsil Nazirliyi 5 və 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə qış tətilinin hansı tarixlərdə olacağını açıqlayıb.

Nazirlikdən Gununsesi.org-a verilən məlumata görə, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayacaq. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Orta məktəblərdə 6 günlük tədris həftəsi ilə oxuyan şagirdlər üçün tətildən sonra ilk dərs günü fevralın 1-də, 5 günlük dərs həftəsi ilə oxuyan şagirdlər üçün fevralın 3-də olacaq.

Gununsesi.org