Məktəbləri silahlı basqınla təhdid edən 2 yeniyetmə saxlanıb

  • By admin
  • 25 Fevral 2018 11:42

ABŞ-ın Florida ştatının hüquq-mühafizə orqanları yerli məktəblərin ünvanına təhdidlərlə çıxış edən iki yeniyetməni saxlayıblar.

Gununsesi.info xəbər verir ki, Boyton-Biç şəhərinin polis əməkdaşları, vedio çat zamanı iki dostuna məktəbə hücum edəcəyini bildirən 14 yaşlı məktəblini saxlayıblar. Adı çəkilməyən məktəbli video çat zamanı iki silah nümayiş etdirib və bu silahlarla hücum edəcəyini bildirib. Polislər bu haqqda məlumat aldıqdan dərhal sonra yeniyetməni saxlayıblar. Onun evində tapança və tüfəng aşkarlanıb və götürülüb. Sonra məlum olub ki, silahlar pnevmatikdir.

Eyni zamanda, Kley dairəsinin Şerif idarəsinin əməkdaşları Floridanın şimal-şərqində sosial şəbəkələr vasitəsilə yerli orta məktəbin ünvanına təhdidlər göndərən daha bir yeniyetməni saxlayıblar. O bildirib ki, məktəbə hücum etmək istəyir. O, təhdidlər göndərməkdə ittiham olunur.

Gununsesi.info