Məmmədyarov Belçikaya gedir

  • By admin
  • 04 Oktyabr 2016 09:10

elmar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 4-5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.

Bu haqda Gununsesi.info-ya  XİN-in mətbuat xidmətindən  məlumat verilib.  Belə ki,  konfrans əsnasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikası Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir.

Gülnaz Qənbərli

Gununsesi.info