Məmmədyarov BMT baş katibinin xüsusi nümayəndəsini qəbul etdi

  • By admin
  • 05 Avqust 2016 16:06
iraq
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, ATƏT Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qeyd etdikləri kimi mövcud status -kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb.
Gununsesi.info