Məmur məktəbli qızı transseksualla səhv saldı - FOTO

  • By admin
  • 11 İyul 2019 12:32

Rusiya Federasiya Şurasının sabiq sədr müavini Aleksandr Torşinin tvitter paylaşımı gülüşə səbəb olub.

Gununsesi.org xəbər verir ki, o, Kubandan olan məktəbli qızın əvəzinə, transseksualın fotosunu paylaşıb.

Məsələ burasındadır ki, Kubandan olan qız tək başına 350 alma ağacı əkib. Torşin isə bu münasibətlə rusiyalı qıza təşəkkür etmək istəyib. Lakin, Rusiyanın Mərkəzi Bankının sədr müavini şəkil seçimində yanılıb. O, məktəbli qızın əvəzinə pornofilmlərə çəkilən amerikalı transseksual Beyli Cey Qreyncerin şəklini paylaşıb.

Torşin bunun fərqinə varmayaraq, “Çox sağ ol, gözəl! Qarşında baş əyirəm” sözlərini yazıb.

Bəzi izləyicilər isə bu paylaşıma ironiyalı şərhlər yazıb.

Çox keçmədən səhvini anlayan Torşin paylaşımı silib. Lakin “skrenşot”lar hesabına o, istəmədən sosial şəbəkənin ulduzuna çevrilib.

Baş verən qalmaqala sakit reaksiya verən məmur yenidən paylaşım edib: “Nə olsun ki? Mən pornoaktrisalarla tanış deyiləm. Sadəcə, bundan başım çıxmır. Orada necə yazılmışdı? “Gəlin təşəkkür edək”. Mən də 350 alma ağacına görə təşəkkür etdim. Təqaüd yaşında olan birinə pornoaktrisa tanış deyilsə, məncə, bu, təbiidir”.

Gununsesi.org