Məmurlardan ümidi kəsilənlərin üz tutduğu ünvan - REPORTAJ (ÖZƏL)

  • By admin
  • 01 Sentyabr 2016 17:00

meri

Proloq əvəzi…

Aərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Vətandaşların yerlərdə yaranan problemlərini yuxarıların həll edəcəyinə umudlanan əzilmiş, hüququları tapdanmış, əlləri hər yerdən üzülmüş insanlar isə qəbul otaqlarına ümid çırağı kimi baxırlar. Doğrudur, nazirlər, komitə sədrləri vətandaşların istək və şikayətlərini dinləmək üçün hər ay bir bölgəyə səfər edirlər. Lakin bu qəbullarda şikayəti başından aşan vətəndaş ordusu əksər hallarda qapı dalında qalır. Alabaşına-külbaşına qəbullarda isə uzagı 10-15 nəfərin şikayətini və ya problemini “uzaq yoldan” gələn məmurlara çatdıra bilirlər. Çox vaxt da bir neçə rayonun əhalisini eyni gundə, eyni yerdə qəbul etdiklərindən narazıların sayı aşırı dərəcədə artır. Narazılıqların isə tək səbəbi var – məmur laqeydliyi, məsuliyyətsizliyi… Vətəndaşların problemlərini həll etmək üçün büdcədən kifayət qədər maliyələşən irili-xırdalı məmur ordusunun işi isə vətəndaşa xidmət göstərmək əvəzinə ötür-ötürdən o yana keçmir. Əlbəttə, məmurların qəbul günləri haqda görüşdən əvvəl və sonra mətbuatda geniş məlumatlar da dərc edilir. Nəticə olaraq isə görülən iş mətbuatda dərc edilən 150-200 işarəlik bir xəbərlə yekunlaşır. Bu cür narazı insanların son ümid yeri və pənahı isə ya Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət, ya da ölkənin I Xanımı, millət vəkili Mehriban Əliyevanın qəbul otağı olur. Maraqlı burasıdır ki, vəzifələri vətəndaşın problemini həll etmək olsa da, məmurlar şikayətlərin yaranmasına və çoxalmasına şərait yaradan başlıca amildirlər. Məmurların haqsızlığından cana doyan vətəndaşların ən çox gileyləndiyi yer isə ictimai nəqliyyatdır. Qəbula gələnlərin əksəriyyəti hər ayın sonuncu gecəsi, yeni ayın isə ilk günü Heydər Əliyev adına İdman-Konsert Kompleksində Heydər Əliyev Fondunun prezidenti, I Ledinin qəbuluna yazılmaq üçün özləri demiş az qala “Kərbəla şəhidləri”nə dönürlər. Avqustun 31-i olsa da, gecədən növbəyə yazılmaq üçün gələn vətəndaşlar isti yay gecəsinin zəli kimi qansoran ağcaqanadlarıyla “şapalaqlaşa-şapalaqlaşa” səhəri dirigözlü açırlar.

Gecədən sübhədək…

mehriban4

Məhkəmə haqsızlıqlarına məruz qalan əsgər ailəsinin axşam saatlarında açdığı telefon zəngindən sonra metronun “20 Yanvar” stansiyasınını həndəvərində Nəzakət Ramazanova ilə görüşdük. Əsgər anası oğlunun orduda xidmət zamanı düçar olduğu ağır xəstəlikdən müalicə olunması üçün banklardan və sələmçilərdən xeyli borc götürüb. Deməsinə görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin dəstəyi sayəsində oğluna nişanlı qızının böyrəyi köçürülməklə ağır əməliyyat həyata keçirilib. Lakin iki aydan sonra oğlu elə xəstəxanadaca dünyasını dəyişib. Qızının isə tək böyrəkli qaldığına görə, nişanını qaytarıblar. Üstəgəl banklara ödəniləcək kreditlər və günü-gündən artan sələmin sahibləri olan sələmçilərin təzyiqləri. Ailəni isə qəfil gələn bəladan hamının işləyib ödədiyi lakin bitməyən borclar daha da pis vəziyyət salıb. Sələmçilərin verdiyindən çox yazdığı iriməbləğlı sənədi imzalamaq məcburiyyətində qalan ananı isə məhkəmə nəzarətçilərə sözün əsil mənasında çıxılmaz küncə qısıblar. Təəb isə belədir; 10 gün müddətində bütün məbləğ ödənməlidir. Qəbul haqda eşitdiyim xoş sözlərin təsiri altında Nəzakət Ramazanovanı inandırmağa çalışdım ki, nicatı bu qəbuldan asılıdır. Ümidsizliyə qapılmış bəxtsiz ananı nəhayət, axşam saatlarında qəbulun həyata keçirilməsi üçün qeydiyyatın aparıldığı Heydər Əliyev adına İdman və Konsert Kompleksinədək müşaiyət etdim. Saat 20:38 olsa da, adam əlindən tərpənmək olmurdu. Ağacların arasında əyləşən narazı şikayətçilərdən qeydiyyat dəftərini soruşduq. Sırada 22-ci olduq. Demə, bir gün əvvəldən novbəyə yazılmaq üçün ən ucqar rayonlardan belə gələnlər varmış. Şəxsi avtomobilində sübhədək əyləşib vətəndaşları siyahıya alan Aliyə xanım dedi ki, siyahı haqqında polisin yanında kəlmə kəsməyək. Qəbula qeydə alınmaq üçün uzun bir gecənin arxasıda işıqlı sabah olsa da, adları siayhıda qeyd olunanlardan heç kim evinə gedib ertədən gəlmək haqqında düşünmək belə istəmirdi. Postlarda dayanan polis əməkdaşları vətəndaşlara qəbul saatının sentyabrın 1-i saat 9:00-da başlayacağını dəfələrlə qeyd etsə də, heç kim yerindən tərpənmirdi. Sanki ilan vuran ala çatıdan qorxurdu. İnsanlar sanki içlərindəki ümidi itirməkdən qorxurdular.

Dərd Qalası…

mehriban14

Növbəti dövrə zamanı bəlli odu ki, hələ gündüzdən Heydər Əliyev adına İdman-Konsert Kompleksinin içərisində “məskunlaşanlar” var. Beləliklə gecənin zil qaranlığında 165 nəfər səhər yenilənəcək siyahıda yerini qaçırmaq istəmidi. Səhər saat 5-də qəbul şöbəsinin 2 əməkdaşı əllərində kseroks aparatı bağın ətəyində yerini bərkitdi. Sürətlə işləyən əməkdaşlar hamını razı salmağa çalışır, az qala dördəllə işləyirdilər. Qəbula gələnlərin sözlərinə görə, qəbul qaydaları nə qədər sadələşdirilsə də, vətəndaşların qayda-qanuna riayət etməməsi xeyli problemlərə səbəb olur. Qəbula gələnlər şəxsiyyət vəsiqələriylə birlikdə  sakitcə adlarının çağırılasını gözləyirdi. Saat 6:45-də qəbula gələnlər problemsiz qeydiyyata alındılar. Bundan sonra isə şəxsiyyət vəsiqələri sahiblərinə qaytarılıb, əvəzində növbə nömrəsi təqdim edilirdi. Əksəriyyət sevinirdi. Səbəbi isə çox sadəydi… Aylarla qəbula yaxın belə düşə bilməyiblər. Hamısı da bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından. Buraya sıradan bir problemini həlliylə üz tutanlar, həyati məsləylə bağlı üz tutanlardan daha çox idi. Lakin saat 9:40-da bir nəfər də olsun qəbuldan kənar qalan olmadı. Vətəndaşların hansı gündə Mehriban xanımın qəbulunda olacağı dəqiqləşdirildikdən sonra bəlli oldu ki əhalinin tənbəl qismindən olan vətəndaşlar hay-haray salıblar. Səbrli əməkdaşlar 500 nəfəri aşan daha bir siyahını hazırlamaq üçün harasa zəng etdilər. “Dobro” aldıqdan sonra yerdə qalan “tənbəllər” də gecədən növbəyə duranlarla bərabər qeydiyyata alındı. Nəhayət, hay düşdü ki, indi siyahı üzrə çağırıb talon verəcəklər.

Həyati məsələ…

mehriban8

Sırada dayananlardan ayaqüstü nahar edənlərdən biri eşitdiyi xəbərin sevincindən uda bilmədiyi iri kotlet tkəsini kənara tüpürüb dedi ki, bogazından keçmir. Novbəylə içəri dəvət edilən vətəndaşların üzü gülürdü. Sanki arzularının bir addımlığında idilər. İki mindən çox adam talon almaq üçün savaşa çıxmışdı. Həyati məsələydi… Artıq nizam-intizama nəzarət edən polislərin sayı artırılmışdı. Nomrəsylə çağırılacaqlarını bilsələr də, qabağa atılan insanların hərəkəri bir-birinə pərçimlənən kütləni işgəncəyə məruz qoyurdu. Qışqırıq, haray, söyüş, qarğış səsləri ətrafı bürümüşdü. Artıq qeydiyyat üçün talon paylayan Ceyhun adlı şəxsin nəzakətli davranışla etdiyi çağırış da eşidilməz olmuşdu. Çağırışının faydasız olduğunu görən bu mədəni oğlan az qla əlindən talon qopartmağa çalışan insanların əlindən qurtulub qapını arxadan bağladı. Vətəndaşlari bura gətirən səbəblər jurnalist marağı məni vətəndaşları bura gətirən səbəblərlə daha dərindən öyrənməyə yuvarladı. Allahım dərdlər bitib tükənmirdi. Sağalmaz xəstəliyə tutulanların yaxınlarının pulsuzluqdan ahu-zarı, yerlərdə məmur özbaşınalığından bezənlərin sayı-hesabı yox idi. Əsasən məhkəmə haqsızlıqları, polis özbaşınalığı, məktəb direktorlarının tabeliklərindəki müəllimlərin adına kredit götürməsi, həkim-xəstə münasibətlərindəki ölüm halları, məmur özbaşınalığı, işsizlik və mənzil problemləri ön yerdə dayanırdı. Bu dəfə şikayətçilərin əksəriyyətini gənclər təşkil edirdi. Şikayətləri isə işsizlik problemindəydi.

Aynur Səlimova deyir ki, ali məktəbi yüksək nəticəylə bitirsə də, iki ildir ixtisasına uyğun iş tapa bilmir. Şikayətçilərlə söhbət zamanı öyrəndim ki, Heydər Əliyev Fondunun qəbul şöbəsinin müdiri Məlahət Səttarovanın qəbulunda bir neçə dəfə dərdini deyib, dərmanını alanlar da az deyilmiş. Söhbət əsanasında bəlli oldu ki, Mehriban xanım Əliyeva Bakıda olduğu zaman qəbula gələnləri şəxsən qəbul edir, onları dinləyir, dərdlərinə şərik olmaqla yanaşı, həllində də rol oynayır.

Təhminə adlı gənc ana dedi ki, 2 aylıq körpəsi ürək qüsuruya doğulub. Tanınmış kardio-cərrah Rəşad həkim isə ona deyib ki, körpə təcili əməliyyat olunmalıdır. Əməliyyat üçün isə nə az, nə də azacıq, düz 18000 AZN lazımdır. Kirayə yaşayan gənc ailənin isə bu məbləği vermək imkanı yoxdur. Arada göyərən körpəsini döşünə salan ana son ümidinin Mehriban xanım olduğunu deyir.

mehriban6

Tərtərdən gələn Sevda Əlişova isə aprel döyüşləri zamanı ailəsinə dəyən zərərəin ödənilmədiyindən şikayətçidir. Sevda xanım da 3 azyaşlı körpəsini özüylə qəbula gətirmişdi. Deyir ki, aidiyyatı üzrə digər qurumlarda məmurların qəbulunda olub, lakin heç yerdə müraciətinə baxılmayıb, üstəlik onunla kobud rəftar da edilib: “Bəzən deyirlər ki, niyə həmişə xanım özü qəbul etmir. Amma başa düşmürlər ki, xanımın işi məmurların da əvəzinə işləməkdirsə, o zaman nəyə lazımdır rayonlardakı bu bürokrat idarələr?” Hakimdən və həkimdən cana doyanlar Növbə gözləyərkən diqqətimizi bir sıra problemlər də çəkdi. Məsələn, əsasən yaxınlarının hepatit “C”dən əziyyət çəkdiyini deyənlərin sözlərinə görə xəstəxanalarda küllü miqdarda pulun müqabilində nəinki xəstələri sagalır, əksinə, həyatlarını da itirirlər. Belə şikayətçilər əsasən “Semaşko xəstəxanası” adıyla məşhur olan 1 saylı Kliniki Mərkəzdən gileylənirdilər. Bu arada isə bir sıra kateqoriyadan olan şəxslər özlərinə xüsusi diqqət tələb etsələr də istəklərinə nail ola bilmədilər. Qocalar, xəstələr və əlillər qəbula tez düşmək üçün öz fiziki durumlarını önə çəksələr də, əməkdaşlar yalnız növbəni əsas götürdüklərini dilə gətirdilər. Əsasən hakimdən və həkimdən gileylənən vətəndaşlarla söhbətdə məlum oldu ki, bəziləri bura gəlməzdən əvvəl hüquq müdafiəçilərinə də müraciət ediblər, lakin pis münasibətlə qarşılaşıblar.

mehriban7

Zərdabın Yuxarı Seyidlır kəndindən gəldiyini deyən Səmədova Rahilə deyir ki, gənc müəllim olan oğlu kənd məktəbinin direktoru Qabil Məmmdovun kredit tələsinə düşüb. Belə ki, kənd məktəbində müqavilə əsasında işləyən Ramin Səmədova məktəbin direktoru ona deyib ki, öz adına kredit götürüb versin, direktor da onu stat vahidinə keçirsin. Bu az imish kimi Ramin Səmədovanınn anası Rəhilə xanımın da adına kredit götürüb. Lakin krediti qaytarmaqdan imtina edib. Üstəlik oğlunu da işdən çıxarıb. Direktor deyib ki, heç adını çəkmə, ağlın var idi götürməyəydin. Subut elə ki, mənim üçün kredit götürmüsən. Amma bizim adımıza kredit götürmsiylə bağlı sənədlə təsdiqləyib. 3100 manat qalıb boynumuzda. Bizi aldatdı ki, iş verəcək, lakin 3 il 4 aydan sonra müqavilənin də vaxtını uzatmadı. İcra hakimiyyətinin başçısı Lütvəli Babayevə müraciət etdim. Başçı dedi ki, direktor Qabil Məmmədov “psixi xəstə”dir. Mən heç onu iclasa çağırmıram. Lütvəli Babayevə dedim ki, bəs dəli dediyiniz adamı necə kənd məktəbinə direktor qoymusunuz? İndiyədk kənddən ailə məktəbə qəbul olunan yoxdur.  Dedi ki, o məhkəmə, o da siz. Gedin şikayət edin. Məhkəməyə müraciət etmişik. Hakim bizi get-gələ salıb. İndi yeganə ümidimiz Mehriban xanımdır. Elə bu vaxt hay düşdü ki, qəbula gələnlərdən biri huşunu itirib. Səhər saatlarında qeydiyyat otağının yaxınlığında dayanan növbətçi Təcil Yardım maşınındakı həkimlər dərhal huşunu itirən qadına ilk tibbi yardım göstərməyə başladılar. Qəbul işbazları Hər yerdə olduğu kimi burada da işbazlar iş başındaydı. Qəbula düşmək istəyənlərin şəxsiyyət vəsiqəsiylə talon alıb sonra da “şirinlik” adıyla pul qoparanlar bir dəstəydilər. Basa-basdan ümidsizliyə düçar olan yaşlı insanlar şəxsiyyət vəsiqələrini bu adamlara verib, talon müabilində haqqını ödəyirdilər. Elə bu vaxt talon paylayan əməkdaş belələrindən birinə üzünü tutub dedi ki, şikayətçi qadındır, siz isə hər ay buradasınız. Necə olur ki, sizin adınız kompüterə düşmür. Sivişib aradan çıxan orta yaşlı kişi kənarda onu gözləyən qadınıara şəxsiyyət vəsiqələrini geri qaytaranda şüvən qopdu. Adamın bazarı pozulmuşdu. Ətraf səkilərin üzərində əyləşib yenicə doğulmuş körpələri əmizdirən analar ürəksıxıcı mənzərə yaratmışdı. Anadan qüsurlu doğulan bu körpələr analarıyla birlikdə imdad diləyəcəkdilər.

mehriban13

Eh məmurlar, ehhh…

Eh məmurlar eh…. deməli, işinizin öhdəsindən gələ bilmirsiniz. Başınız şəxsi büdcənizi “doldurmağa” qarışıb. Yoxsa, bu binəva vətəndaşlar niyə ölüm-dirim savaşına çıxıb Birinci Xanımın qəbuluna gəlsinlər ki… Əslində, insanlar nicat tapdıqları yerı dəfələrlə üz tuturlarsa, deməli, gəldikləri qapıdan nicat da aparırlar. Əhsən vallah… O zərif çiyinlər bu qədər yükü götürməklə yanaşı, hər ay 500-dən çox narazı vətəndaşı da qəbul edib problemlərini həll etməyə də vaxt tapmaqdan usanmırmış. Kaş ki, hakimlərimiz gunahsiza cəza kəsməsəydi, həkimlərimiz xəstəni ümüdsüzlüyə düçar etməsəydi, icra başçıları vətəndaşın şəxsi hesabına gün-güzaranını düzəltməsinə mane olmasaydı, məmurlar vəzifə borclarını layiqincə yerinə yetirsəydi, o zaman vətəndaş da uzaq-uzaq yollardan gəlib, Birinci Ledidən pənah ummazdı…

Gülnaz Qənbərli

Gununsesi.info