Məni təbrik etməyin… - Cəmil Quliyevə yeni vəzifə verilib?

  • By admin
  • 16 Sentyabr 2019 15:03
Sentyabrın 13-dən etibarən bəzi saytlarda İctimai Televiziyanın sabiq direktoru Cəmil Quliyevə yeni vəzifə verilməsi ilə bağlı xəbərlər yayılmaqdadır.
Xəbərlərə görə, C.Quliyev C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasına direktor təyin edilib.
Gununsesi.org xəbər verir ki, Moderator.azın əməkdaşı Cəmil Quliyevdən yeni vəzifəsi haqqında soruşub.
 Lakin o, hövsələsiz halda, “bütün bunlar şayiədir. Məni təbrik etməyin. Yalnız o zaman təbrik edə bilərsiniz ki, Mədəniyyət Nazirliyinin rəsmi qərarı verilsin. Hələlik elə bir qərar yoxdur!” – deyə cavab verdi.