Mənzilə aldatma yolu ilə girmiş naməlum şəxs ev sahibəsini bıçaqlayıb

  • By admin
  • 28 İyul 2016 12:43

bicaq-1

 

Bakıda yaşayış evinə basqın olub.

Gununsesi.info-nun Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən  məlumatına görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib evdən 110 manat pul aparıb.

İ.Hüseynovan xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Gununsesi.info