Mənzildən bahalı avtomobil nömrəsi…

  • By admin
  • 26 May 2016 00:33
nomre
Görmüşük ki, avtomobil nömrəsi 1000, 2000, ən çox 10 000 manata satılar. Ancaq saytların birində avtomobilin nömrəsi maşının özündən baha 90 min manata satışa çıxarılıb. Aidiyyatı qurumlar isə deyir ki, avtomobil qeydiyyat nişanın şəxs tərəfindən satılması qanunsuzdur
Ev qiymətinə avtomobil nömrəsi satılır. Vətəndaşlardan biri nə az, nə çox düz 90 min manata avtomobilin dövlət qeydiyyat nişanını saytların birində satışa çıxarıb. Avtomobildən baha olan və satışa çıxarılan nömrə isə 10 XX 100-dür.
Məsələyə münasibət bildirən Bakı Şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsinin sözçüsü Vaqif Əsədov deyir ki, avtomobil nömrəsi şəxs tərəfindən satıla bilməz. Vaqif Əsədov deyir ki, nömrənin dəyişdirilməsi və ya verilməsi aidiyyatı qurumlar tərəfindən həyata keçirilir və nömrəyə uyğun müvafiq rüsumlar var. Rüsumlar 500-2500 manat arasında dəyişir.
Nömrə nişanı 001-dən 009-a kimi rəqəmlər ilə olduqda və müxtəlif hərflərdən ibarətdirsə qiyməti 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödənilir. Əgər nömrə nişanı 100-dən 900-a kimidirsə və müxtəlif hərflərdən ibarətdirsə bu zaman qiyməti 1000, eyni hərflərdisə 1500 manatdır. Bununla yanaşı, nömrə eynirəqəmli olduğu halda hərflər müxtəlif olarsa 500 manat, eyni hərflər olarsa 1000 manat dövlət rüsumu nəzərdə tutulur.
Vaqif Əsədov saytlara yerləşdirilən belə elanları real saymır. Bu cür elan yerləşdirilməsinə baxmayaraq, bu satış həyata keçirilmir. Biz də 90 min manata avtombil nömrəsi satan şəxslə əlaqə saxlamağa cəhd etsək də zəngimiz uğursuz oldu. Vətəndaşlar bildirirlər ki, 90 min manata avtomobil nömrəsi almaq əhəmiyyətsizdir. Amma hər halda alıcısı olmasa bu qəbildən elanlar da olmazdı.
https://www.youtube.com/watch?v=OU3ndB307cI