Mənzildən kişi meyiti tapıldı

  • By admin
  • 20 Yanvar 2020 21:09

Bakıda mənzildə meyit aşkarlanıb.

Gununsesi.org FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Qurbanov Nəbi Niftəli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Gununsesi.org