Mərhum şairin polis oğlundan müğənniyə etiraz - ÜZR İSTƏMƏLİDİR!

  • By admin
  • 15 May 2019 10:06

ARB kanalında efirə getmiş “Səhər-səhər” verilişində müğənni Elçin Hüseynovun Azərbaycanın görkəmli şairlərindən biri olmuş Bəhmən Vətənoğluya aid olan şeiri təhrif etməsi və öz adına çıxması sosial şəbəkələrdə müğənninin sərt tənqidinə səbəb olub.

Əslən Kəlbəcərdən olan ziyalılar, sənət adamları müğənninin üzr istəməsini tələb edir.

Bu arada Gununsesi.org-a açıqlama verən mərhum şairin Gəncə Şəhər Baş Polis İdarəsində çalışan polis polkovnik-leytenantı olan oğlu Etibar Abbasov da Elçin Hüseynovun üzr istəməsini tləb edib: “Bütün Azərbaycan bilir ki, bu şeir mənim atamındır. Oxuyursa, oxusun amma istinad etməlidir. Bu cür plagiatlıqla uğur qazanmaq bir yana, özünə hörmət gətirmir. Şahidi oldunuz ki, hər kəs bu hərəkətinə görə onu necə qınadı. Atamın bütün kitablarındakı şeirləri əlyazmma şəklində məndədir.

Elçin Hüseynov Bəhmən Vətənoğlunun şeirini öz adına çıxdı - ETİRAZ