Mərkəzi Bank 150 milyon manatlıq depozit hərracı keçirəcək

  • By admin
  • 11 Yanvar 2020 12:04

Yanvarın 13-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Gununsesi.org AMB-yə istinadən bildirir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.

 

Gununsesi.org