Mərkəzi Bank ötən il verilən kreditlərin həcmini açıqlayıb - RƏSMİ RƏQƏMLƏR

  • By admin
  • 21 Yanvar 2018 21:50

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2017-ci il dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12226,2 milyon manat təşkil edib.

Gununsesi.info AZƏRTAC-a istinadən bildirir ki, ümumi kredit portfelinin 9872,2 milyon manatı və ya 80,7 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,6 faizi banklar, 3,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1890,3 milyon manata çatıb və ümumi kredit portfelinin 15,5 faizini təşkil edib.

Gununsesi.info