Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

  • By admin
  • 31 Yanvar 2020 14:20

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq, 7,50 %-dən 7,25 faizə endirilməsi haqqında qərar qəbul edib.

Gununsesi.org-un məlumatına görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Faiz dəhlizinin parametrlərini aşağı və yuxarı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,75 faizdən 7,5 faizə endirilmişdi.

Gununsesi.org