Məşhur aktrisadan səs-küylü etiraf: “Seks obyekti kimi baxırdılar” – FOTOLAR

  • By admin
  • 18 Noyabr 2019 16:23

Hollivudun ən gözəl qadınlarından sayılan 34 yaşlı ABŞ-lı aktrisa Skarlet Yohanson (Scarlett Johansson) karyerasıyla bağlı maraqlı etiraflar edib.

Gununsesi.org  Unikal.org-a istinadən xəbər verir ki, hələ 20 yaşından özünə 18+ rollar verilməsindən şikayət edən aktrisa film sektorunda qalıcı olmaq üçün qəbul etdiyi bu rolların başına bəla olduğunu açıqlayıb.

Skarlet bildirib ki, ona daha çox ehtiraslı, yoldan çıxaran qadın rolları verilib. Zamanla “seks obyekti”nə çevrildiyini deyən, aktrisa bu damğadan uzun müddət qurtula bilmədiyini dilə gətirib.

Ulduz artıq  “başdan çıxaran” etiketindən qurtulduğu üçün çox xoşbəxt olduğunu əlavə edib.

 

 

 

 

 

 

 

Gununsesi.org