Məşhur aktyor vəfat etdi - FOTO

  • By admin
  • 10 Sentyabr 2019 12:52

“Yeşilçam” ulduzu, Türkiyənin tanınmış kino və teatr aktyoru Süleyman Turan dünyasını dəyişib. 

Gununsesi.org  xəbər verir ki, bu barədə “İkinci Sayfa” proqramında məlumat verilib.  Qeyd olunub ki, 83 yaşlı aktyor Kadıköydəki evində infarkt keçirib.

O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.