Məşhur brend yeni kolleksiyasına görə topa tutuldu

  • By admin
  • 24 Noyabr 2019 17:39

Məşhur “Loewe” brendinin yeni kolleksiyası etirazlara səbəb olub.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, dizaynerlərin bu dəfə hazırladıqları şalvar və köynək Holokost qurbanlarının ölüm düşərgəsindəki geyimlərini xatırladıb. Sosial şəbəkə istifaədçilərinin kəskin etirazlarından sonra ispan moda evi geyimləri satışdan çıxararaq hər kəsdən üzr istəyib.

Qeyd edək ki, geyimlər noyabrın 14-də satışa təqdim olunub. Qısa müddətdə yeni geyimlər İkinci dünya müharibəsindəki nasist düşərgələrində əsirlərin paltarlarına bənzədilərək etirazlarla qarşılanıb.

 

Gununsesi.org