Məşhur çalışdırıcı Ekvador millisinə baş məşqçi gətirildi

  • By admin
  • 04 Yanvar 2020 13:31

Ekvador milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Gununsesi.org-un Apasport.az saytına istinadən məlumatına görə, Cənubi Amerika təmsilçisini niderlandlı Yordi Kroyff çalışdıracaq.

İsrailin “Makkabi” (Təl-Əviv) klubunun sabiq məşqçi ilə 3 illik müqavilə imzalanıb. 45 yaşlı mütəxəssisin son iş yeri isə ötən ay ayrıldığı Çinin “Çuntsin Lifan” komandası olub.

Qeyd edək ki, Y.Kroyff əfsanəvi Yohan Kroyffun oğludur.

Gununsesi.org