Məşhur içki şirkətinin işçiləri üsyan etdi

  • By admin
  • 20 Noyabr 2019 22:28
Məşhur fransız içki istehsalçısı “Pernod Ricard” ın işçiləri “İçki içməkdən xəstə olduq” deyərək çalışdıqları şirkəti məhkəməyə verib.
Gununsesi.org xəbər verir ki, satış şöbəsinin bir işçisi həddindən artıq içki içərək xəstə olduğu üçün sentyabr ayında sözügedən şirkəti məhkəməyə verib. Bundan sonra çalışanlar iş saatlarında içki içməyə məcbur edildiklərini, bu səbəblə də sağlamlıq problemləri yaşadıqlarını bildirərək narazılıq ediblər.
Qadın çalışanlardan biri isə günorta yeməyində, iclaslardan sonra və axşam yeməklərində müştərilərlə görüşdükləri zaman içki içdiklərini və içkinin təsiri ilə qarabasma gördüklərini deyib.
Gununsesi.org