Məşhur idmançı həbs edildi - DƏLƏDUZLUQDA VƏ XULİQANLIQDA İTTİHAM OLUNUR

  • By admin
  • 12 Mart 2019 08:55

İrlandiyalı döyüşçü Konor Makqreqor ABŞ-ın Mayami şəhərində polis tərəfindən saxanılıb.

Gununsesi.org “Russian Today”ə istinadən xəbər verir ki, o, dələduzluq və xuliqanlıqda ittiham olunur.

 Məlumata görə, Makreqorun fanatlarından biri hotelin yaxınlığında onun şəklini çəkmək istəyib. Lakin irlandiyalı idmançı fanatın əlindən telefonu alaraq qırıb və özü ilə aparıb.

Polisə şikayət əsasında Makqreqor saxlanılıb.