Məşhur model brilliant qaşlı don ilə gündəm oldu - FOTOLAR

  • By admin
  • 04 Fevral 2018 23:45

Məşhur supermodellər, britaniyalı Bella və Gigi Hadid bacıları İtaliyanın Milan şəhərindəki Yuksək Moda Həftəsi çərçivəsində “Versace” brendinin təşkil etdiyi partiyə qatılıblar.

Gununsesi.info xəbər verir ki, 20 yaşlı Bella və 22 yaşlı Gigi partinin ulduzları idilər. Xüsusilə də Bella Hadidin əynindəki mini ətəkli, dekolteli, brilyant qaşlarla bəzədilmiş qara rəngli don diqqət çəkib.

“Versace”nin sahibəsi Donatella Versaçinin təşkil etdiyi gecənin qonaqları arasında Klaudia Şiffer, Helen Kristiensen, Sindi Krouford, Naomi Kempbell, Doutsen Kres, Kendis Sueynpul, Monako şahzadəsi Şarlin, Marisa Pelleqrini və “Formula-1” pilotu Lüis Hemilton da vardı.

 

 

Gununsesi.info