Məşhur modelyer son şousunda təəccübləndirdi – FOTO

  • By admin
  • 23 Yanvar 2020 12:39

Fransız dizayner Jan Pol Qotye Parisdəki Şatl Teatrında son moda nümayişini keçirib.

Bu barədə Gununsesi.org Lenta.ru-ya istinadən xəbər verib.

Moda dizaynerinin karyerasının 50 illiyinə həsr olunmuş tədbirdə dünyaca məşhur modellər, o cümlədən, İrina Şeyk və Dita fot Tiz iştirak edib.

Şounun sonunda podiuma çıxan Qotye hər kəsi təəccübləndirib. Belə ki, onun əynində fəhlə geyimi – mavi kombinezon və ket olub.

Dizayner izləyənlərə təzimlə təşəkkür edib və modellərlə rəqs etmək üçün səhnədə qalıb.

Bu şounun peşə karyerasında sonuncu olacağını, Qotye yanvarın 17-də jurnalistlərə açıqlamasında bildirmişdi.

Qeyd edək ki, “Pierre Cardin” moda evində karyeraya başlayan Jan Pol Qotye, 1976-cı ildə öz brendini yaradıb. Dizayner Madonna, Merilin Manson, Kayli Minoq, Milen Fermer və başqaları üçün səhnə geyimləri hazırlayıb.