Məşhur müğənni Bakıdan köçdü -SƏBƏB PAYTAXTIN TIXACLARIDIR

  • By admin
  • 02 Fevral 2019 11:41

Əməkdar artist Abbas Bağırov Gəncəyə köçüb. Gununsesi.org xəbər verir ki, müğənni bu barədə “Zaurla Günaydın” proqramına qonaq olarkən deyib. 

O, ailəsi ilə birgə Bakıdan uzaqlaşdığını qeyd edib: “Gəncədə uzun illər yaşamışam, bağçaya, məktəbə orada getmişəm. Ailəvi olaraq Gəncəyə köçmüşəm. İşim olan həftə isə Bakıya gəlirəm. Müəyyən müddət belə olmağını istəyirəm. Bakının tıxacları, bəzi sürücüləri məni əsəbiləşdirir”.