Məşhur qadın mafiya lideri sevgilisinin yatağında ölü tapıldı

  • By admin
  • 18 Sentyabr 2019 22:24

“Antraks İmperatriçası” ləqəbli qadın mafiya lideri sevgilisi ilə yatdığı yataqda ölü olaraq tapılıb.

Gununsesi.org xəbər verir ki, əsl adı Klaudiya Feliks Oçoa olan qadın Meksikada narkotik ticarətinə nəzarət edirdi.

Klaudiya ölmədən bir gün əvvəl gecə klubunda əyləndikdən sonra sevgilisinin yanına gedib. 35 yaşlı qadın Meksikanın şimal-qərbindəki Sinaloa əyalətindəki Culiacan şəhərində sevgilisinin evində qalıb.

Onun ölümü ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Yerli mətbuatda qadının yataqda olarkən nəfəs borusuna bir maddənin tıxandığı üçün öldüyü bildirilir. Digər versiyada isə Klaudiya Feliks yüksək miqdarda narkotik vasitə qəbul etdiyi üçün öldüyü qeyd olunur. Sevgilisi səhər saatlarında Feliksi oyatmağa çalışıb. Onun öldüyünü görən sevgilisi dərhal polisə zəng edib. Hadisə yerinə gələn polislər bütün dəlilləri toplayıb. Hazırda qadın mafiya liderinin hansı səbəbdən öldüyü araşdırılır.

Dünyanın en ateşli mafya lideriydi! Sevgilisinin yatağında ölü bulundu

Qadın Mafiya lideri Klaudiya Feliks kimdir?

Klaudiya Feliks 21-ci əsrin ən məşhur karteli Xoakin “El Çapo” Quzmanın ABŞ-a təhvil verilməsinə qədər sui-qəsd dəstəsinin rəhbəri idi. Daha sonra Xose Rodrigo ilə sevgili olub. Xose Rodrigo isə Çində narkotik şəbəkəsinə nəzarət edirdi. Cütlük daha sonra evlənib. Bu evlilikdən 3 övladları dünyaya gəlib.

Klaudiya Feliks 2016-cı paylaşdığı bir foto ilə dünyada tanınmağa başlanıb. İnternet fenomeni halına gələn qadın mafiya lideri ilk dəfə çəhrayı kalaşnikov ilə fotosunu paylaşmışdı. Klaudiya Feliks həyat yoldaşının həbs olunmasından sonra “Anthrax” qrupunu da idarə etməyə başlamışdı. Bundan sonra o “Antraks İmperatriçası” ləqəbini alıb.  Klaudiya Feliks bir neçə bilinən sui-qəsdləri həyata keçirib.O, Sinaloanın rəhbəri İsmail el Mayo Zambadanın sui-qəsdlə bağlı verdiyi əmrləri icra edib. Dəbdəbəli həyatını sosial mediada nümayiş etdirməyi sevən mafiya lideri tez-tez səyahət edirlər. Getdiyi son yerlərdən biri də Dubay idi.

Dünyanın en ateşli mafya lideriydi! Sevgilisinin yatağında ölü bulundu

Dünyanın en ateşli mafya lideriydi! Sevgilisinin yatağında ölü bulundu

Dünyanın en ateşli mafya lideriydi! Sevgilisinin yatağında ölü bulundu

Dünyanın en ateşli mafya lideriydi! Sevgilisinin yatağında ölü bulundu

 

 

Gununsesi.org