Məşhur vəkil Rasim Musabəyovu debata çağırdı - İTV-yə ÖDƏNİŞİ ÜZƏRİMƏ GÖTÜRÜRƏM

  • By admin
  • 27 Yanvar 2020 00:04

Parlament seçkiləri yaxınlaşdıqca bir sıra seçki dairələrində şanslı namizədlərin üzə çıxması hakimiyyətin dəstəklədiyi şəxsləri narahat etməyə başlayıb.

Belə Nərimanov rayonudur. Bu rayonda uzun illər vəkil kimi tanınan və vətəndaşlar arasında böyük reytinqə sahib olan Ceyhun Yusifov kampaniyanın ilk günlərində əsas rəqibi Rasim Musabəyovu geridə qoyur. Hakimiyyətin inzibati resurslarına arxalanan Rasim Musabəyov hətta vətəndaşlarla ünisyyətə belə maraq göstərmir.

Ceyhun Yusifov isə Gununsesi.org-a açıqlamasında rəqibini debata dəvət edib. O, bildirib ki, İctimai TV-nin efirində ödənişi üzərinə götürməklə buna hazırdır: ” Bu gün seçicilərin ona sualı var. O sualları mən ona ünvanlamaq istəyirəm. Buyursun, gəlsin”.

 

 

Gununsesi.org