Məşhur vəkilin həyat yoldaşına qarşı cinayət törədildi

  • By admin
  • 16 Oktyabr 2019 16:00
Bakıda vəkilin həyat yoldaşı cinayətə məruz qalıb.
Gununsesi.org xəbər verir ki, hadisə bu gün səhər saatlarında vəkil Kamandar Hüseynovun yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsənbəsi Y.Əliyev küçəsi 49 A ünvanında yerləşən “Uğur-2” kompleksində baş verib.
Azyaşlı uşaqla mağazaya daxil olan qadının pul kisəsi və mobil telefonu naməlum şəxst tərəfindən oğurlanıb. Əraziyə Sabunçu rayon 13-cü polis bölməsinin əməkdaşları gəlib.
Oğurluq anı mağazanın və kompleksin müşahidə kameralarına düşüb. Hələlik cinayəti törədən şəxs tutulmayıb.