Mətin Kərimli Dünya Bankının missiyası ilə görüşdü

  • By admin
  • 16 Noyabr 2018 16:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Sosial Müdafiə və İş Yerlərinin Diaqnostikası (Job Diagnostics) üzrə missiyası ilə görüş olub. 

“Gununsesi.org” xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan prezidentinin sosial-iqtisadi siyasətində əhalinin məşğulluq imkanlarının artırılmasının mühüm yer tutduğunu vurğulayıb. M.Kərimli nazirliklə Dünya Bankının birgə layihələrindən bəhs edib, əmək, məşğulluq, sosial müdafiə sahələrinin təkmilləşdirilməsində müsbət əməkdaşlıq təcrübəsinin olduğunu deyib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Hassan Naqvi və proqram rəhbəri Lire Ersado missiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə gördüyü işləri məmnunluqla qeyd edib. Missiyanın bu dəfəki səfərinin məqsədinin də əmək bazarında tələb və təkliflə bağlı məlumatların toplanması, ölkədə özəl sektorun əmək tələbatını müəyyən edən faktorlar üzrə məlumatların əldə olunması üçün məsləhətləşmələrin həyata keçirilməsi olduğu bildirilib.