Məzahir Pənahov: Çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək

  • By admin
  • 07 Yanvar 2020 16:46

Biz çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək.

Gununsesi.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: “Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidir”.

M. Pənahov deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbilir: “Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bü barədə məluait vermək öhdəliyi yoxdur. Namzədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.

Gununsesi.org