Macarıstanın Baş naziri Bakıda

Macarıstanın Baş naziri Bakıda

Macarıstanın Baş naziri Viktor Orban Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
 Gununsesi.org xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Macarıstanın Baş Naziri Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
 Gununsesi.org

COMMENTS