Madrid derbisini “Real” qazandı

  • By admin
  • 10 Fevral 2019 10:38

Gununsesi.org xəbər verir ki, “Real” səfərdə çempionluq yolundakı ən güclü rəqiblərindən sayılan “Atletiko” ilə qarşılaşıb.

Oyun “Kral klubu”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 Bu qələbə ilə xalını 45-ə çatdıran Santyaqo Solarinin yetirmələri turnir cədvəlində 2-ci piləyə yüksəlib, “Atletiko” isə 44 xalla 3-cü pilləyə enib. Turnir cədvəlinə rəqiblərindən 1 oyun az keçirən və 50 xala malik  “Barselona” başçılıq edir.

“Atletiko” – “Real” – 1:3

Qollar: Kasemiro, 16 (0:1), Qrizmann, 25 (1:1), Ramos, 43-pen (1:2), Beyl, 74 (1:3)

Qırmızı vərəqə: Tomas, 80 (“Atletiko”)