Maduro öldürülmək ehtimalının olduğunu iddia edir

  • By admin
  • 24 Mart 2019 10:45

Venesuelanın dövlət başçısı Nikolas Maduro şənbə günü ABŞ və özünü qanunsuz olaraq prezident elan etmiş müxalifət lideri Xuan Quaidonu onun qətlinə dair plan hazırlamaqda ittiham edib.

Gununsesi.org xəbər verir ki, o bunu yerli televiziyanın efirində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Amerika imperializmi məni öldürmək istəyir. Biz bu planın üstünü yenicə açmışıq. Şeytanın əlaltısı məni öldürmək üçün bu plana şəxsən rəhbərlik edir. Bizim əlimizdə sübut var, lakin onlar bizimlə bacarmadılar və bacarmayacaqlar, çünki bizi Allah qoruyur”, – deyə Maduro bildirib.

O, çıxışı zamanı Quaidonu bir neçə dəfə “Şeytanın əlaltısı” adlandırıb.